+994 50 251 70 91 [email protected]

YTO NMF 554X

Bağ Traktorları · YTO · BAĞ TRAKTORU

YTO NMF 554X

Avropa texnologiyalı transmissiya (8+8), sukeçirməz körpülər və servo gücləndiricili nəm disk əyləclərlə təchiz edilmiş bu model, su basmış sahələrdə və ağır şəraitlərdə maksimum təhlükəsizlik təqdim edir.

Mühərrik gücü 55 a.g.
Mühərrik modeli A 498 BT
Sürət qutusu 8+8
Çəki 2 612 kq
Kabina Kondisionerli
Zəmanət 24 ay
Sual var? Bizə yazın Mütəxəssisimiz 5 dəqiqə içində geri zəng edəcək.

NMF 554X haqqında

Avropalı tərəfdaşlarla birgə hazırlanmış transmissiya, mexaniki sürətlər qutusu (8+8) ağır şəraitlərdə belə səmərəli iş prinsipini təmin edir.

Sukeçirməz ön və arka körpülər və transmissiyanın digər qovşaqları, üçqat kipləşdirilmiş yastıqlar düyü və su basmış digər sahələrdə işləmək üçün idealdır. Mufta pedal mühərrikin qəfil işə düşməsini bloklama özəlliyinə maliktir. Yəni, mühərrik öncədən nəzərdə tutulmadan işə düşərək xoşagəlməz hadisələrə səbəb olmur. Planetaryumlar tipli bort ötürücüləri kompakt struktura və uzun xidmət müddətinə malikdir.

Servo gücləndiricili nəm disk əyləclər maksimal tormozlama effektivliyi və uzun istifadə müddəti təmin edir. Yağlı əyləc soyuma sistemi isə uzun müddətli tormozlama zamanı əyləclərin qızmasına imkan vermir. Müxtəlif tipli fermer avadanlıqları ilə birgə istifadə edilə bilməsi üçün traktor ikili PTO mili ilə təchiz edilib.

Texniki xüsusiyyətlər

Model NMF 554X
İstehsalçı ölkə ÇXR
Mühərrikin modeli A498BT
Mühərrikin nominal gücü (at gücü) 55
Növü Kabinli
Sürətlər qutusu Mexaniki
Transmissiya 8+8
Arxa güc ayıran valın dövrlər sayı (dövr/dəq) 540/1000
Ümumi uzunluğu (mm) 3910
Eni (mm) 1600
Hündürlüyü (mm) 2500
Çəkisi kq 2612
Hidravlik çıxış sayı 1 cüt
Hava kondisioneri Var

Zəmanət və servis xidmətləri

Rəsmi Zəmanət: Bütün traktorlara 24 ay və ya 1 500 moto/saat-adək zəmanət verilir.

Peşəkar Servis: Zəmanət müddəti ərzində traktorlara yüksək səviyyəli texniki baxış və təmir xidməti göstərilir.

Orijinal Ehtiyat Hissələri: İşinizin fasiləsizliyini təmin etmək üçün traktorlar ehtiyac yarandığı təqdirdə lazımi orijinal detallarla operativ şəkildə təmin olunur.

Səyyar Servis Dəstəyi: Nasazlıq zamanı servis komandamız birbaşa təsərrüfatınıza gələrək yerindəcə operativ xidmət göstərir.

Oxşar modellər

Bənzər traktorlar

BAĞ TRAKTORU NF 754
Bağ Traktorları · YTO

NF 754

Güc 75 a.g.
Sürət 12+12
Kabina Var