YTO ESK 304
YTO ESK 304
Kompakt ölçülü, yüksək manevrli YTO ESK 304 bağ və istixana traktoru. Sərfəli qiymət, lizinq şərtləri və rəsmi zəmanətlə Agritex-də.
ESK 304 haqqında
Kompakt ölçüləri və yüksək manevr imkanları ilə seçilən YTO ESK 304 modeli xüsusilə bağ təsərrüfatları, istixanalar (parniklər), üzümlüklər və dar cərgəarası sahələrdə işləmək üçün ideal seçimdir. Kiçik ölçülərinə baxmayaraq, güclü və qənaətcil mühərriki, etibarlı hidravlik sistemi və müxtəlif kənd təsərrüfatı aqreqatları ilə asanlıqla uyğunlaşma imkanı sayəsində fermerlərin ən yaxın köməkçisidir. Rahat idarəetmə paneli və ergonomik sürücü oturacağı uzunmüddətli əməliyyatlar zamanı sürücünün yorulmamasını təmin edir.
Texniki xüsusiyyətlər
| Model | ESK 304 |
| İstehsalçı ölkə | ÇXR |
| Mühərrikin modeli | YD385T |
| Mühərrikin nominal gücü (at gücü) | 30 |
| Növü | Kabinsizli |
| Sürətlər qutusu | Mexaniki |
| Transmissiya | 8+2 |
| Arxa güc ayıran valın dövrlər sayı (dövr/dəq) | 540/1000 |
| Ümumi uzunluğu (mm.) | 3480 |
| Eni (mm) | 1470 |
| Hündürlüyü (mm) | 2300 |
| Çəkisi kq | 1500 |
| Hidravlik çıxış sayı | 2 cüt |
| Hava kondisioneri | Yoxdur |
Zəmanət və servis xidmətləri
Rəsmi Zəmanət: Bütün traktorlara 24 ay və ya 1 500 moto/saat-adək zəmanət verilir.
Peşəkar Servis: Zəmanət müddəti ərzində traktorlara yüksək səviyyəli texniki baxış və təmir xidməti göstərilir.
Orijinal Ehtiyat Hissələri: İşinizin fasiləsizliyini təmin etmək üçün traktorlar ehtiyac yarandığı təqdirdə lazımi orijinal detallarla operativ şəkildə təmin olunur.
Səyyar Servis Dəstəyi: Nasazlıq zamanı servis komandamız birbaşa təsərrüfatınıza gələrək yerindəcə operativ xidmət göstərir.