+994 50 251 70 91 [email protected]

🚜 Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalında uğurla iştirak etdik!

Yeniliklər
🚜 Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalında uğurla iştirak etdik!
6 oktyabr 2026 Agritex 4 dəq oxunuş 71

 🚜 Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalında uğurla iştirak etdik! 

5 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalında Agritex MMC də iştirak etdi. Qarabağın bərəkətli torpaqlarında keçirilən aqrar tədbir dövlət nümayəndələrini, qabaqcıl şirkətləri və fermerləri eyni məkanda cəm etdi.

Rəsmi qonaqlar Agritex stendində

Ağdamda baş tutan festivalda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi cənab Emin Hüseynov və Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov Agritex stendinin qonağı oldular. Rəsmi qonaqlar nümayiş etdirdiyimiz YTO traktorları ilə yaxından tanış oldular. Şirkətin direktoru Ramil Abdullayev qonaqlara Agritex şirkəti və YTO texnikaları barədə məlumatları təqdim etdi.

Tədbirə xüsusi olaraq gətirdiyimiz NMF554X, NF754, NLX1054P, NLX1404 və LX1504 modelləri həm müxtəlif at gücü imkanları, həm də dözümlülüyü ilə sərgi iştirakçılarının böyük marağına səbəb oldu. Həmçinin, festival çərçivəsində fermerlərimizlə səmərəli görüşlər keçirildi, onlara texnikaların iş prinsipi və işlərini asanlaşdıracaq sərfəli kampaniyalarımız barədə məlumatlar verildi.

Təşkilati dəstəyə görə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən təqdim olunan Təşəkkürnamə

Tədbirin sonunda festivaldakı aktiv iştirakına görə Agritex MMC-yə təşəkkürnamə təqdim edildi. Bu, komandamızın aqrar sektora verdiyi töhfənin dəyərli göstəricisidir. Biz hər zaman fermerlərimizin yanında olmağa, ölkəmizin kənd təsərrüfatının inkişafına dəstək verməyə davam edəcəyik.

Agritex MMC - Gəlin, birlikdə böyüyək!

Yazını paylaş:
Əlaqəli yazılar

Əlaqəli yazılar