Yaz mövsümü tarla işlərinin ən sıx dövrüdür. Texnikanızın bu dövrdə hazır olması və problemsiz işləməsi həm vaxtınıza, həm də məhsuldarlığınıza birbaşa təsir edir.
1. Mühərrik yağı və filterləri yoxlayın
Yağın səviyyəsi və vəziyyəti texnikanın "qan analizi"dir. Aşağı səviyyə və ya çirkli yağ mühərrikdə tez köhnəlmə və böyük təmir xərclərinə səbəb olur.
2. Yanacaq sistemini təmizləyin
Qış aylarında yanacaq çənində toplanan sular və lay-laylanmış dizel mühərrikin işləməsinə mane olur.
3. Akkumulyatoru yoxlayın
Soyuq qışdan sonra akkumulyatorun gərginliyini ölçmək vacibdir. 12.6V-dan aşağı göstəriş varsa zəyifləməni göstərir.
4. Şinləri yoxlayın
Şinlərdəki təzyiq aşağı düşürsə yanacaq sərfi artır.
5. Hidravlik sistemi nəzərdən keçirin
Hidravlik şlanqları, qoşqu mexanizmlərini və silindrləri sızıntı üçün yoxlayın.
6. Avadanlıqları kalibrləyin
Toxum səpən, gübrə paylayan və digər avadanlıqları işə başlamadan əvvəl kalibrləyin.
7. Profilaktik servis sifariş edin
Hər il bahardan əvvəl Agritex servis mərkəzlərində profilaktik baxış sifariş etmək tövsiyə olunur.